Bu İstifadəçi Razılaşması "e-Bələdiyyə" portalından istifadə qaydalarını, istifadəçilərin hüquq və öhdəliklərini, portalın operatorunun səlahiyyətlərini, elektron xidmətlərdən istifadə şərtlərini və portal vasitəsilə həyata keçirilən əməliyyatlara dair ümumi tələbləri müəyyən edir.
"e-Bələdiyyə" portalı bələdiyyələrin yerli vergi ödəyiciləri ilə əlaqələrinin rəqəmsallaşdırılması, yerli vergilər və ödənişlər üzrə öhdəliklərin izlənilməsi, bələdiyyələrə elektron müraciətlərin göndərilməsi, təkliflərin təqdim edilməsi, bildirişlərin alınması və yerli vergi ödənişlərinin elektron qaydada həyata keçirilməsi üçün nəzərdə tutulmuş rəqəmsal platformadır.
Portal Bələdiyyələrin Vahid İnformasiya Sisteminin alt sistemi kimi fəaliyyət göstərir və bələdiyyə-vətəndaş münasibətlərinin daha şəffaf, sürətli və rahat şəkildə həyata keçirilməsinə xidmət edir.
Portaldan istifadə edən hər bir şəxs bu Razılaşmanın şərtləri ilə tanış olmuş və onları qəbul etmiş hesab edilir.
Bu Razılaşmada istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
Portal – "e-Bələdiyyə" portalı və onun funksional imkanları.
Operator – portalın texniki və təşkilati idarə edilməsini həyata keçirən "Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" QSC.
İstifadəçi – portalda gücləndirilmiş elektron identifikasiya vasitələri ilə daxil olan və bələdiyyə xidmətlərindən istifadə edən fiziki şəxs.
Bələdiyyə – istifadəçinin yerli vergilər və ödənişlər üzrə öhdəliklərinin yarandığı yerli özünüidarəetmə orqanı.
Öhdəlik – istifadəçinin müvafiq bələdiyyə qarşısında yerli vergi və ödənişlər üzrə yaranmış borcu, hesablanmış məbləğ, tədiyə bildirişi və ya digər ödəniş öhdəliyi.
Elektron bildiriş – istifadəçiyə portal vasitəsilə təqdim edilən öhdəlik, yenilik, müraciət cavabı, tədiyə bildirişi və ya digər məlumatlandırma.
Elektron ödəniş – Hökumət Ödəniş Portalı vasitəsilə həyata keçirilən yerli vergi və ödəniş əməliyyatı.
Portal aşağıdakı məqsədlər üçün istifadə olunur:
Portalda təqdim olunan xidmətlər qanunvericiliklə və portalın texniki imkanları ilə müəyyən edilmiş həcmdə göstərilir.
İstifadəçi portala ASAN Login, SİMA, elektron imza və ya digər gücləndirilmiş elektron identifikasiya vasitələri ilə daxil olur.
Portala giriş zamanı istifadəçinin şəxsiyyəti müvafiq elektron identifikasiya vasitələri ilə təsdiq edilir. İstifadəçi ona məxsus identifikasiya vasitələrindən istifadə edilməsinə, giriş məlumatlarının qorunmasına və bu məlumatların üçüncü şəxslərə verilməməsinə görə məsuliyyət daşıyır.
İstifadəçinin hesabı vasitəsilə həyata keçirilən əməliyyatlar həmin istifadəçi tərəfindən aparılmış hesab edilə bilər. İstifadəçi hesabından icazəsiz istifadə hallarını aşkar etdikdə dərhal operatora məlumat verməlidir.
İstifadəçi aşağıdakı hüquqlara malikdir:
İstifadəçi aşağıdakı öhdəlikləri daşıyır:
Portalda aşağıdakı hərəkətlər qadağandır:
Bu tələblərin pozulması istifadəçinin portala girişinin məhdudlaşdırılmasına, müraciətin baxılmadan saxlanılmasına və qanunvericiliklə nəzərdə tutulmuş məsuliyyət tədbirlərinə səbəb ola bilər.
İstifadəçi portal vasitəsilə aidiyyəti bələdiyyəyə müraciət və təkliflər təqdim edə bilər.
Müraciət və təkliflər istifadəçinin elektron kabineti vasitəsilə göndərilir və portalda qeydiyyata alınır. İstifadəçi müraciətin məzmununa, təqdim etdiyi məlumatların düzgünlüyünə və əlavə etdiyi sənədlərin qanuniliyinə görə məsuliyyət daşıyır.
Müraciətlərin cavablandırılması aidiyyəti bələdiyyənin səlahiyyətləri çərçivəsində həyata keçirilir. Portal müraciətlərin elektron qaydada təqdim edilməsi, yönləndirilməsi və statusunun izlənilməsi üçün texniki imkan yaradır.
Portalda təqdim edilən yerli vergi borcunun hesablanması kalkulyatoru istifadəçiyə ilkin hesablama aparmaq imkanı verir.
Kalkulyator vasitəsilə hesablanan məbləğ məlumatlandırıcı xarakter daşıya bilər. Yekun öhdəlik, tədiyə bildirişi və ödəniş məbləği qanunvericiliklə müəyyən edilmiş qaydada aidiyyəti bələdiyyə tərəfindən formalaşdırılan və portalda təqdim edilən məlumatlar əsasında müəyyən edilir.
İstifadəçi kalkulyator nəticəsi ilə portalda göstərilən rəsmi öhdəlik məlumatı arasında fərq aşkar etdikdə aidiyyəti bələdiyyəyə və ya operatora müraciət edə bilər.
Portal istifadəçiyə yerli vergilər və ödənişlər üzrə öhdəliklər, tədiyə bildirişləri, müraciət cavabları, yeniliklər, ödəniş statusları və digər məlumatlar barədə elektron bildirişlər təqdim edə bilər.
Elektron bildirişlər istifadəçinin portal kabinetində, mobil nömrəsinə, elektron poçtuna və ya digər elektron məlumatlandırma kanalları ilə göndərilə bilər.
İstifadəçi portal kabinetini və əlaqə vasitələrini mütəmadi izləməyə görə məsuliyyət daşıyır.
Portal vasitəsilə yerli vergilər və ödənişlər üzrə elektron ödənişlər Hökumət Ödəniş Portalı üzərindən qəbul edilir.
Ödəniş etməzdən əvvəl istifadəçi ödənişin məbləğini, təyinatını, aidiyyəti bələdiyyəni və digər məlumatları yoxlamalıdır. Yanlış məlumat əsasında aparılmış ödənişlərə dair məsələlər qanunvericiliklə və aidiyyəti ödəniş infrastrukturu qaydaları ilə tənzimlənir.
Ödənişin uğurla həyata keçirilməsi barədə məlumat portalda və ya ödəniş sistemi tərəfindən təqdim edilən təsdiqedici məlumatlar əsasında əks olunur.
Portal bank kartı rekvizitlərinin saxlanılması üçün nəzərdə tutulmamışdır. Ödəniş alətlərinə dair həssas məlumatlar səlahiyyətli ödəniş infrastrukturu tərəfindən emal edilir.
Portalda göstərilən bələdiyyə öhdəlikləri, tədiyə bildirişləri, vergi və ödəniş məlumatları aidiyyəti bələdiyyələrin və inteqrasiya edilmiş informasiya sistemlərinin məlumatları əsasında formalaşır.
Operator portalın texniki fəaliyyətini və məlumatların elektron mühitdə ötürülməsi imkanını təmin edir. Bələdiyyələr tərəfindən formalaşdırılan öhdəliklərə, tədiyə bildirişlərinə və digər məzmun məlumatlarına görə məsuliyyət aidiyyəti bələdiyyənin səlahiyyətləri çərçivəsində müəyyən edilir.
İstifadəçi məlumatlarda uyğunsuzluq, səhv və ya natamamlıq aşkar etdikdə portal vasitəsilə və ya operatorun əlaqə kanalları üzərindən müraciət edə bilər.
Operator portalın fasiləsiz və təhlükəsiz fəaliyyətinin təmin edilməsi üçün zəruri tədbirlər görür. Bununla yanaşı, texniki xidmət, yenilənmə, inteqrasiya sistemlərində fasilə, rabitə problemləri, fövqəladə hallar və operatorun nəzarətindən kənar səbəblər nəticəsində portalın fəaliyyətində müvəqqəti fasilələr yarana bilər.
Belə hallarda operator portalın fəaliyyətinin bərpa edilməsi üçün mümkün tədbirləri həyata keçirir.
İstifadəçinin fərdi məlumatları portalın Məxfilik Siyasətinə uyğun olaraq toplanılır, işlənilir, saxlanılır və mühafizə edilir.
Portaldan istifadə etməklə istifadəçi fərdi məlumatlarının portalın fəaliyyət məqsədləri, bələdiyyə öhdəliklərinin idarə edilməsi, elektron ödənişlərin icrası, müraciətlərin cavablandırılması və qanunvericiliklə müəyyən edilmiş digər məqsədlər üçün işlənilə biləcəyini qəbul edir.
Portalın proqram təminatı, dizaynı, struktur elementləri, məlumat bazası və digər texniki komponentləri qanunvericiliklə qorunur.
İstifadəçi portaldan yalnız şəxsi bələdiyyə öhdəliklərinin izlənilməsi, müraciətlərin təqdim edilməsi və qanuni elektron xidmətlərdən istifadə məqsədilə yararlana bilər. Portalın və onun elementlərinin icazəsiz surətdə köçürülməsi, dəyişdirilməsi, yayılması və ya kommersiya məqsədilə istifadə edilməsi qadağandır.
Operator qanunvericilikdə, portalın funksionallığında, təhlükəsizlik tələblərində və xidmət şərtlərində baş verən dəyişikliklərlə əlaqədar bu Razılaşmaya dəyişiklik edə bilər.
Dəyişikliklər portalda yerləşdirildiyi tarixdən qüvvəyə minir. İstifadəçinin portaldan istifadəni davam etdirməsi yenilənmiş Razılaşmanın şərtlərini qəbul etməsi kimi qiymətləndirilə bilər.
Bu Razılaşma istifadəçi ilə operator arasında portalın istifadəsinə dair əsas şərtləri müəyyən edir.
Bu Razılaşma ilə tənzimlənməyən məsələlər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə uyğun həll edilir.
Portalın istifadəsi, texniki dəstək, fərdi məlumatlar və digər məsələlərlə bağlı müraciətlər aşağıdakı əlaqə vasitələri ilə təqdim oluna bilər:
"Bələdiyyələrin Rəqəmsallaşma və İnnovasiya Mərkəzi" QSC
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Sabit Rəhman küçəsi 53A
Telefon: 012 565 75 71
Elektron poçt: info@e-belediyye.gov.az