Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:

  • Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
  • Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir

Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər

   
   
 
 
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.  
   
Əgər Sizin Asan İmza (Mobil İmza) sertifikatınız varsa, növbəti səhifədə Asan İmza bölməsini seçin və əməliyyatınızı həyata keçirin.
   
 
 
 
             Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:  

             1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə
                 (“müqaviləsiz” istifadəçi kodu)

   

              2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə
                 (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)

 
   
 
 
 
Sual : İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab : İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual : “Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab : “Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual : “Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab : Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual : İstidadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab : Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
     
     
   
 
 
Sual : Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab : Fərdi sahibkarın onlayn qeydiyyatı  sistemi, vətəndaşlara  vergi orqanına getmədən  İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq  imkanı verir.
     
     
   
 
 
 
   
   
 
 
 

TEZ-TEZ VERİLƏN SUALLAR (E-VHF)

       

1. Elektron vergi hesab-fakturası (e-VHF) sistemindən kimlər istifadə edə bilər?
4. Elektron vergi hesab-fakturasını “Onlayn rejimdə” və ya “Oflayn rejimdə” təqdim etmənin fərqi nədir?
7. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramını(eFP) haradan yükləyə bilərəm ?
8. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) üçün tələb olunan sistem necə olmalıdır?
9. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə hazırlanmış fakturaları necə göndərə bilərəm?
10. Əvəzləşmələr haqqında məlumat necə təqdim olunmalıdır?
11. Əvəzləşmələr haqqında məlumatı Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə göndərmək olarmı?
12. Fakturaları nə vaxt göndərə bilərəm?
13. Fakturada dəyişiklik olarsa, nə etməliyəm?
14. Əgər faktura Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə hazırlanmışsa, bir paketdəki faktura sayına məhdudiyyət varmı?
16. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə sadəcə, tək bir faktura təqdim edəcəyəmsə, paket yaratmalıyammı?
17. Göndərdiyim paketdə xətalı fakturalar varsa, nə etməliyəm?
18. Daha öncə göndərdiyim e-fakturaları necə görə bilərəm?
19. eFP vasitəsilə həm bəyannamə göndərmək, həm də faktura göndərmək mümkündürmü?
20. 2010-cu ilədək əldə edilmiş, lakin əvəzləşdirilməmiş fakturalar əvəzləşməyə necə təqdim oluna bilər?
21. Elektron fakturanın ləğvi üçün qarşı tərəfin icazəsi vacibdirmi?
22. Fakturanın dəqiqləşdirilməsi üçün qarşı tərəfin icazəsi vacibdirmi?
23. Yeni e-VHF tərtib edərkən tələb olunan mal(iş və xidmətin) kodlarını necə əldə etmək olar?
24. Alıcı onun səhifəsinə gələn e-VHF razılaşmadıqda onu necə geri qaytara bilər?
 
 
1. Elektron vergi hesab-fakturası (e-VHF) sistemindən kimlər istifadə edə bilər?
Əlavə dəyər vergisinın ödəyiciləri (vergi orqanından müvafq istifadəçi kodu, parol və şifrə almış) bu sistemdən tam istifadə edə bilərlər. Digər ödəyicilər(sadələşdirilmiş vergi ödəyiciləri və s.) onlara təqdim edilmiş e-VHF-lərə baxmaq, çap etmək imkanına malikdirlər.
 
2. İnternet Vergi İdarəsinin Elektron vergi hesab-fakturası (e-VHF) altsisteminə(bölməsinə) daxil olmaq üçün hansı istifadəçi kodu, parol və şifrədən istifadə olunmalıdır?
Elektron vergi hesab-fakturası (e-VHF) altsisteminə(bölməsinə) daxil olmaq üçün İnternet Vergi İdarəsinin digər altsistemləri(e-Bəyannamə, ƏDV-nin depozit hesabı və s.) üçün istifadə olunan kod, parol və şifrədən istifadə olunmalıdır.

3. Eyni zamanda İnternet Vergi İdarəsinin Elektron vergi hesab-fakturası (e-VHF) və digər altsistemində (e-Bəyannamə, ƏDV-nin depozit hesabı və s.) işləmək mümkündürmü?
Bəli, eyni zamanda İnternet Vergi İdarəsinin e-VHF və digər altsistemində (e-Bəyannamə, ƏDV-nin depozit hesabı və s.) işləmək mümkündür. Başqa sözlə, vergi ödəyicisi bir istifadəçi kodu, parol və şifrədən istifadə etməklə eyni zamanda İnternet Vergi İdarəsinin hər iki altsistemində işləyə bilər.

4. Elektron vergi hesab-fakturasını “Onlayn rejimdə” və ya “Oflayn rejimdə” təqdim etmənin fərqi nədir?
“Onlayn rejimdə” vergi ödəyicisi, ona vergi orqanı tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrədən istifadə etməklə İnternet Vergi İdarəsinin “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və e-VHF-ni tərtib edərək, digər vergi ödəyicisinə təqdim edir.
“Oflayn rejimdə” - vergi ödəyicisi e-VHF-ni tərtib etmək üçün hazırlanmış xüsusi proqram təminatını (“Elektron Faktura Tərtibatı Proqramını” -eFP) və digər zəruri proqramları “İnternet Vergi İdarəsi”ndən öz kompüterinə yükləyir və tələb olunan fakturaları bu proqram vasitəsilə internet istifadə etmədən hazırlayır, paketləyir. Daha sonra istifadəçi kodu, parol və şifrəsindən istifadə etməklə İnternet Vergi İdarəsinin “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olur və hazırladığı paketi müvafiq menyunu seçməklə sistemə yükləyir.
 
5. İnternet Vergi İdarəsinin Elektron vergi hesab-fakturası altsistemi ilə işləmək üçün kompüterdə hansı İnternet brauzerlərdən istifadə oluna bilər?
Ümumiyyətlə, İnternet Vergi İdarəsi ilə işləyərkən MS İnternet Explorer və ya Mozilla Firefox brauzerindən istifadə etməniz tövsiyə olunur.
 
6. İnternet Vergi İdarəsinin Elektron vergi hesab-fakturası (e-VHF) altsistemindəki “Paket göndər” menyusu nə üçündür və necə istifadə olunur?
e-VHF altsistemindəki “Paket göndər” menyusu Elektron Faktura Tərtibatı Proqramı(eFP) vasitəsilə(“oflayn” rejimdə) tərtib edilərək paketlənmiş e-VHF-ləri sistemə yükləmək üçün istifadə olunur.
 
7. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramını(eFP) haradan yükləyə bilərəm ?
eFP proqramını İnternet Vergi İdarəsinin E-VERGİ HESAB FAKTURASI bölməsindəki “LAZIMLI PROQRAMLAR” altmenyusundan istifadə etməklə yükləyə bilərlər.

8. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) üçün tələb olunan sistem necə olmalıdır?
Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramının(eFP) işləyə bilməsi üçün kompüteriniz minimum 256 MB RAM və Pentium-III posessora malik olmalıdır. Bundan başqa Windows əməliyyat sisteminin UNİKOD şriftlərini dəstəkləyən versiyasının (Windows 2000/2003/XP və s.) kompüterə yüklənməsi lazımdır. Əlavə olaraq kompüterə JRE 1.4. (Java Runtime Environment) dəstəkləyici programı yüklənmiş olmalıdır(əgər kompüterinizdə BTP proqramından istifadə üçün JRE 1.4. dəstəkləyici proqramı yüklənmişdirsə, onu təkrar yükləməyə ehtiyac yoxdur). Bu proqramları və onların qurulması ilə əlaqədar təlimatları İnternet Vergi İdarəsi saytının müvafiq bölmələrindən əldə edə bilərsiniz.

9. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə hazırlanmış fakturaları necə göndərə bilərəm?
eFP vasitəsilə hazırlanmış e-VHF-ləri bu proqram vasitəsilə paketləmək, daha sonra istifadəçi kodu, parol və şifrənizdən istifadə etməklə İnternet Vergi İdarəsinin “elektron vergi hesab-fakturası” altsisteminə (bölməsinə) daxil olaraq hazırlanmış paketi müvafiq menyunu seçməklə sistemə yükləməlisiniz. Yükləmə zamanı sistem tərəfindən fakturalara avtomatik olaraq unikal seriya və nömrələr verilir və qarşı tərəfin elektron qutusuna göndərilir.
 
10. Əvəzləşmələr haqqında məlumat necə təqdim olunmalıdır?
Müvafiq hesabat dövrü üçün ƏDV(aksiz) bəyannaməsi təqdim etdiyi gün ərzində aidiyyatı hesabat dövrü üzrə əldə edilmiş e-VHF-lər barədə məlumat İnternet Vergi İdarəsinin “Elektron vergi hesab-fakturası” altsisteminin Əvəzləşdirilənlər bölməsində (ekranında) tərtib edilərək göndərilir.
 
11. Əvəzləşmələr haqqında məlumatı Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə göndərmək olarmı?
Bəli, mümkündür. Bunun üçün proqramın Fayl/Yeni/Əvəzləşdirmə menyusundan istifadə olunmalıdır.

12. Fakturaları nə vaxt göndərə bilərəm?
Fakturanizi Vergi Məcəlləsinin muddəaları ilə müəyyən edilmiş müddətin sonuncu günü saat 24:00-dək təqdim edə bilərsiniz.

13. Fakturada dəyişiklik olarsa, nə etməliyəm?
Fakturada dəyişiklik olarsa, dəqiqləşdirilmiş e-VHF tərtib olunaraq təqdim olunmalıdır. Dəyişiklik qarşı tərəfin təsdiqindən sonra qüvvəyə minir.
 
14. Əgər faktura Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə hazırlanmışsa, bir paketdəki faktura sayina məhdudiyyət varmı?
Bir paketdəki e-VHF-lərin sayı 200-dən artıq olmamalıdır.
 
15. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə hazırlanmış paketin içində yalnız eyni vergi ödəyicisinə təqdim olunmuş fakturalar olmalıdır?
Paket, sadəcə göndərmək üçün bir vasitə olduğu üçün belə bir məhdudiyyət yoxdur. Fərqli ödəyicilərə təqdim olunmalı e-VHF-lər eyni paketin içində yerləşdirilə bilər.

16. Elektron Vergi Hesab-Fakturası Tərtibatı Proqramı(eFP) vasitəsilə sadəcə, tək bir faktura təqdim edəcəyəmsə, paket yaratmalıyammı?
Bəli, eFP vasitəsilə tək bir faktura da göndərsəniz belə, web sayta e-VHF-lərinizi paket faylının içərisində göndərməlisiniz. Bu zaman, az sayda e-VHF təqdim edən vergi ödəyicilərinə “onlayn” rejimdən istifadə etmələri tövsiyə olunur.

17. Göndərdiyim paketdə xətalı fakturalar varsa, nə etməliyəm?
Xətalı fakturalar eFP programında müvafiq düzəlişlər edilərək yenidən paketlənməklə göndərilməlidir.
 
18. Daha öncə göndərdiyim e-fakturaları necə görə bilərəm?
Göndərilmiş e-VHF-lərə İnternet Vergi İdarəsinin Elektron vergi hesab-fakturası (e-VHF) altsisteminin “Göndərdiklərim” qovluğunda və ya “Axtar” bölməsində müvafiq parametrləri daxil etməklə baxa bilərsiniz.
 
19. eFP vasitəsilə həm bəyannamə göndərmək, həm də faktura göndərmək mümkündürmü?
Xeyr, eFP yalnız e-VHF hazırlamaq üçündür. e-Bəyannamə tərtib etmək üçün isə BTP proqram təminatından istifafə olunmalıdır. BTP proqramını “İnternet Vergi İdarəsi”nin e-Bəyannamə bölməsindən yükləyə bilərsiniz.

20. 2010-cu ilədək əldə edilmiş, lakin əvəzləşdirilməmiş fakturalar əvəzləşməyə necə təqdim oluna bilər?
2010-cu ilədək əldə edilmiş, lakin əvəzləşdirilməmiş fakturaların əvəzləşməyə qəbul edilməsi üçün müvafiq dövr üzrə təqdim edilmiş ƏDV bəyannaməsinin Əlavə 1-də “Əldə edilmiş vergi hesab-fakturalar”(cari və ya əvvəlki dövrlərdə) siyahısında göstərilməlidir.

21. Elektron fakturanın ləğvi üçün qarşı tərəfin icazəsi vacibdirmi?
Xeyr.

22. Fakturanın dəqiqləşdirilməsi üçün qarşı tərəfin icazəsi vacibdirmi?
Bəli. Satıcı tərəfindən dəqiqləşdirilmiş elektron vergi hesab-fakturası təqdim edildikdən sonra alıcı vergi ödəyicisi tərəfindən elektron vergi hesab-fakturası təsdiq edilməlidir. Satıcı tərəfindən təqdim edilmiş dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası alıcı vergi ödəyicisi tərəfindən təqdim edildiyi ayın sonuncu gününə kimi təsdiq edilmədiyi halda, dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır. ƏDV ödəyicisi kimi qeydiyyatdan keçməyən alıcı vergi ödəyicilərinə təqdim edilən dəqiqləşdrilmiş elektron vergi hesab-fakturasının təsdiq edilməsi tələb olunmur və dəqiqləşdrilmiş elektron vergi hesab-fakturası çap edilərək təqdim edilə bilər.

23. Yeni e-VHF tərtib edərkən tələb olunan mal(iş və xidmətin) kodlarını necə əldə etmək olar?
Elektron vergi hesab-fakturalarının tərtibi üçün nəzərdə tutulan mal(iş və xidmətin) kodlarını İnternet Vergi İdarəsinin e-VERGİ HESAB-FAKTURASI altsiteminin İSTİFADƏÇİ TƏLİMATLARI bölməsindəki Elektron Vergi Hesab-Fakturasını doldurarkən istifadə olunan malların kodları internet bağlantısından əldə edə bilərsiniz.

24. Alıcı onun səhifəsinə gələn e-VHF razılaşmadıqda onu necə geri qaytara bilər?
Mümkün deyil. Elektron vergi hesab-fakturasının ləğv edilməsi zərurəti yaranarsa vergi hesab-fakturasını alan vergi ödəyicisi (alıcı) vergi hesab-fakturasını təqdim edən vergi ödəyicisinə (satıcıya) müraciət etməklə təqdim edilmiş elektron vergi hesab-fakturasının ləğvini xahiş edə bilər və bu zaman ləğvetmə satıcı vergi ödəyicisi tərəfindən həyata keçirilir.