Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:

  • Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
  • Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir

Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər

   
   
 
 
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.  
   
Əgər Sizin Asan İmza (Mobil İmza) sertifikatınız varsa, növbəti səhifədə Asan İmza bölməsini seçin və əməliyyatınızı həyata keçirin.
   
 
 
 
             Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:  

             1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə
                 (“müqaviləsiz” istifadəçi kodu)

   

              2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə
                 (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)

 
   
 
 
 
Sual : İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab : İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual : “Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab : “Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual : “Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab : Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual : İstidadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab : Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
     
     
   
 
 
Sual : Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab : Fərdi sahibkarın onlayn qeydiyyatı  sistemi, vətəndaşlara  vergi orqanına getmədən  İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq  imkanı verir.
     
     
   
 
 
 
   
   
 
 
 

NORMATİV-HÜQUQİ AKTLAR

 
Azərbaycan Respublikası Vergilər Nazirliyi ilə elektron sənəd mübadiləsi üçün tələb olunan Ərizə və Müqavilə formaları (Azərbaycan Respublikası Vergilər Nazirinin 10 dekabr 2009-cu il tarixli Əmri ilə təsdiq edilmişdir).
 

 

ELEKTRON BƏYANNAMƏ GÖNDƏRMƏK ÜÇÜN MÜRACİƏT ƏRİZƏSİNİN FORMASI

Bəyannamələrini(Hesabatlarını) elektron formada göndərmək istəyən vergi ödəyiciləri bu Ərizə formasıni dolduraraq qeydiyyatda olduqları Vergi orqanına müraciət etməlidirlər.


 

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ VƏ VERGİ ÖDƏYİCİSİ ARASINDA ELEKTRON SƏNƏD MÜBADİLƏSİ HAQQINDA MÜQAVİLƏ FORMASI

Bəyannamələrini(Hesabatlarını) elektron formada göndərmək üçün Ərizə ilə müraciət etmiş vergi ödəyiciləri müvafiq Vergi orqanı ilə müqavilə bağlamalıdırlar.

 
"Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası "
 

 

“Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 27.07.2007-ci il tarixli 120 saylı Qərarı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli 120 saylı Qərarı ilə “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydası” təsdiq edilmişdir.