Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:

  • Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
  • Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir

Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər

   
   
 
 
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.  
   
Əgər Sizin Asan İmza (Mobil İmza) sertifikatınız varsa, növbəti səhifədə Asan İmza bölməsini seçin və əməliyyatınızı həyata keçirin.
   
 
 
 
             Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:  

             1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə
                 (“müqaviləsiz” istifadəçi kodu)

   

              2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə
                 (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)

 
   
 
 
 
Sual : İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab : İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual : “Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab : “Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual : “Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab : Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual : İstidadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab : Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
     
     
   
 
 
Sual : Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab : Fərdi sahibkarın onlayn qeydiyyatı  sistemi, vətəndaşlara  vergi orqanına getmədən  İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq  imkanı verir.
     
     
   
 
 
 
   
   
 
 
 

İSTİFADƏÇİ TƏLİMATLARI

 
Elektron bəyannamələrin tərtib edilməsi üçün Bəyannamə Tərtibatı Proqramından (BTP) və İnternet Vergi İdarəsinin “e-Bəyannamə” bölməsindən istifadə etmək olar. Bundan əlavə, BTP-nin işləməsi üçün “Java Runtime Environment (JRE)”  proqram təminatının kompüterə qurulması vacibdir.  Bunlar barədə daha ətraflı məlumatları aşağıdakı təlimatlardan əldə edə bilərsiniz