Səlahiyyətlərin idarə edilməsində Asan İmzadan və ya Rəqəmsal İD-dən aşağıdakı kimi istifadə olunur:

  • Hüquqi şəxsin rəhbəri/təmsilçisi və “səlahiyyətləndirilən şəxslər” qeyd edilən elektron imza vasitələrinə malik olmalıdırlar
  • Sonra Rəhbər/Təmsilçi, “səlahiyyətləndirilən şəxslər”ə İnternet Vergi İdarəsinin Onlayn kargüzarlıq bölməsinə daxil olaraq İdarəertmə səhifəsi vasitəsilə səlahiyyətlər verməlidir

Bundan sonra “səlahiyyətləndirilən şəxslər”, ona verilmiş səlahiyyətlər daxilində İnternet Vergi İdarəsinin onlayn xidmətləri üzrə müvafiq əməliyyatlar apara bilər

   
   
 
 
Bu xidmətdən istifadə etmək üçün öncə Asan İmza (Mobil İmza) sertifikatını əldə etmək lazımdır.  
   
Əgər Sizin Asan İmza (Mobil İmza) sertifikatınız varsa, növbəti səhifədə Asan İmza bölməsini seçin və əməliyyatınızı həyata keçirin.
   
 
 
 
             Yeni istifadəçi kodunu 2 üsulla əldə etmək olar:  

             1-Vergi orqanına getmədən İnternet üzərindən qeydiyyatdan keçməklə
                 (“müqaviləsiz” istifadəçi kodu)

   

              2-Bilavasitə vergi orqanına müqavilə bağlamaq üçün müraciət etməklə
                 (“müqaviləli” istifadəçi kodu - bunun üçün vergi orqanına getmək tələb olunur)

 
   
 
 
 
Sual : İstifadəçi kodu, parol və şifrəni necə əldə etmək olar ?
Cavab : İstifadəçi kodu, parol və şifrəni 2 üsulla almaq olar:
1. Vergi orqanına getmədən İnternet üzərindən (“müqaviləsiz” istifadəçi kodu)
2. Bilavasitə vergi orqanına müraciət etməklə (Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlamaqla - “müqaviləli” istifadəçi kodu)
Sual : “Müqaviləsiz” istifadəçi kodu ilə “müqaviləli” istifadəçi kodu arasında fərq nədir?
Cavab : “Müqaviləsiz” istifadəçi kodu məhdud hüquqludur və onunla yalnız “Onlayn kargüzarlıq” alt sistemindən istifadə etməklə məktub, ərizə (o cümlədən, Fiziki şəxsin onlayn qeydiyyatı), şikayət və s. kimi yazışmalar aparmaq olar.
Sual : “Müqaviləsiz” istifadəçi kodunun hüquqlarını necə artırmaq olar?
Cavab : Bunun üçün Vergi orqanı ilə elektron sənəd mübadiləsi haqqında müqavilə bağlayıb bağlı zərfdə mövcud İstifadəçı koduna uyğun yeni Şifrə və Parol almaq lazımdır.
Sual : İstidadəçi kodunu yalnız vergi ödəyicilərimi ala bilər?
Cavab : Xeyr. İstifadəçi kodu istənilən vətəndaş və ya vergi ödəyisi tərəfindən alına bilər. Vətəndaşlar “müqaviləli” və ya “müqaviləsiz” istifadəçi kodu, Vergi ödəyicisi isə yalnız müqaviləli istifadəçi kodu ala bilər.
     
     
   
 
 
Sual : Fərdi sahibkarın onlayn qeydiyyatı nə üçün nəzərdə tutulub?
Cavab : Fərdi sahibkarın onlayn qeydiyyatı  sistemi, vətəndaşlara  vergi orqanına getmədən  İnternet üzərindən VÖEN alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq  imkanı verir.
     
     
   
 
 
 
   
   
 
 
 

  “TaxBank” PROQRAMI (YALNIZ BANK TƏŞKİLATLARI ÜÇÜN!)

 

Bu proqram Vergilər Nazirliyi ilə bank təşkilatları arasında elektron məlumat mübadiləsi aparılmasını təmin etmək üçün hazırlanmışdır.

Proqram bank hesablarının açılması üçün tələb olunan şəhadətnamə-dublikatların və hesablanmış vergilər üzrə borcların,
faizlərin və  tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün təqdim edilən sərəncamların və geriçağırmaların
banklara rabitə kanalları vasitəsilə elektron formatda ötürülməsi və nəticələrinin qəbul edilməsi üçün hazırlanmışdır.

Proqram banklarda istifadə olunmaq üçün nəzərdə tutulub.

Proqramı buradan endirə bilərsiniz.

TaxBank vCS119A (Tam versiya) (Yenilənmə tarixi: 25.11.2008)

TaxBank vCS130A Patch (Əlavə və Düzəlişlər) (Yenilənmə Tarixi: 15.02.2011)

JRE Quraşdırma jdk-1_5_0_11 Windows 98 SE / NT / 2000 / Me / XP / Vista üçün.